Şabranda qardaş bacısını bıçaqlayıb - YENİLƏNİB

Şabranda qardaş bacısını bıçaqlayıb - YENİLƏNİB Nurşan Pzayev özündən 5 yaş böyük bacısına bıçaqla xəsarət yetirib
Hadisə
2 Aprel , 2017 23:15
Şabranda qardaş bacısını bıçaqlayıb - YENİLƏNİB
Courtesy İmage

Şabran. 2 aprel. REPORT.AZ/ Şabran rayonunda qardaş bacısını bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə Şabran şəhəri, M.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib.

Belə ki, 24 yaşlı Nurşan Pzayev özündən 5 yaş böyük bacısı Seyidcan Paşayevaya bıçaqla xəsarət yetirib. Sol döş nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti alan S. Rzayeva Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

N. Paşayev Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun bacısını ailədə yaranan münaqişə zəminində bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi