Şabranda qadını şantaj edən şəxs saxlanıldı

Şabranda qadını şantaj edən şəxs saxlanıldı Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb
Hadisə
11 Fevral , 2021 12:28
Şabranda qadını şantaj edən şəxs saxlanıldı

Şabran Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15 000 manat pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilmiş və o, saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi