Şabranda qadın sirkə turşusu içib, vəziyyəti ağırdır

Şabranda qadın sirkə turşusu içib, vəziyyəti ağırdır Şabran şəhərində 51 yaşlı qadın sirkə turşusu içib.
Hadisə
25 İyul , 2021 18:45
Şabranda qadın sirkə turşusu içib, vəziyyəti ağırdır

Şabran şəhərində 51 yaşlı qadın sirkə turşusu içib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Vidadi Abdullayev küçəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü, Sevinc Əliverdi qızı Məmmədova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

S. Məmmədovaya zəruri ilkin tibbi yardım göstərilir.

Xəstəxanadan S. Məmmədovanın sirkəni təsadüfən içdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi