Şabranda qadını keçmiş ərinin bıçaqladığı ehtimal olunur - YENİLƏNİB

Şabranda qadını keçmiş ərinin bıçaqladığı ehtimal olunur - YENİLƏNİB Şabranda 31 yaşlı qadın bıçaqlanıb
Hadisə
27 İyul , 2021 11:00
Şabranda qadını keçmiş ərinin bıçaqladığı ehtimal olunur - YENİLƏNİB

Şabranda baş verən bıçaqlanmanın təfərrüatı məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, rayon sakini, 31 yaşlı A.Babayeva keçmiş əri tərəfindən bıçaqlanıb.

İlkin araşdırmalardan sonra qadını bıçaqlayanın keçmiş əri Qalib adlı şəxs olduğu müəyyən edilib.

Şabran Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törədən şəxs hələlik saxlanılmayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

10:33

Şabranda 31 yaşlı qadın bıçaqlanıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini 1990-cu il təvəllüdlü Aysel Arif qızı Babayeva naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı qadın Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi