Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb

Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb Bu, Bakının Qaradağ rayon sakini Fərid Qasımovdur
Hadisə
6 Noyabr , 2016 19:13
Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakı-Quba yolunun Şabran ərazisindən keçən hissəsindəki körpünün yaxınlığığında tapılan meyitin kimliyi məlum olub.

"Report" xəbər verir ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində ölən şəxsin Şabran şəhər sakini, 37 yaşlı Nazim Nizam oğlu Soltanov olması məlum olub. 

Şabran polisi onu avtomobillə vurub qaçan sürücünün kimliyini də müəyyənləşdirib. Bu, Bakının Qaradağ rayon sakini, 32 yaşlı Fərid Aslan oğlu Qasımovdur. 

O, idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Bakı-Quba yolunda hərəkət edərkən piyada Nazim Soltanovu vuraraq hadisə yerindən qaçıb. Artıq piyadanı vurub qaçmış sürücü Fərid Aslan oğlu Qasımov istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi