Yuxarı

Şabranda yol qəzasında ölən qadının şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB

​Şabranda ölümlə nəticələnən yol qəzası baş verib

Video əlavə olunub

Şabran rayonunda avtoqəzada ölən qadının şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, bu, 1936-cı il təvəllüdlü, Şabran rayon sakini Solmaz Qasımovadır.

Şabran rayon Polis şöbəsindən verilən məlumata görə, qadın müayinə üçün xəstəxanaya aparılarkən yolda avtoqəzaya düşsə də, xəsarət almadan stress keçirərək ölüb.


***17:52

Şabran rayonunda ölümlə nəticələnən zəncirvari avtomobil qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, "VAZ-2107", "Mercedes" və "VAZ-21010" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107" markalı avtomobildə olan qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi