Şabranda oğlunu güllələyən ata saxlanıldı

Şabranda oğlunu güllələyən ata saxlanıldı Daxili İşlər Nazirliyi (DİN) Şabranda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
1126
15 Yanvar , 2021 11:59
Şabranda oğlunu güllələyən ata saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Şabranda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə yanvarın 14-də Pirəmsən kəndində Quba rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun sərxoş halda ailə-məişət münaqişəsi zəminində oğlu Ürfanın istiqamətində tüfəngdən atəş açması barədə məlumat daxil olub.

Baş nahiyəsindən xəsarəti almış Ürfana xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Görülmüş tədbirlərlə T.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi