Şabranda meyiti tapılan şəxsin intihar etdiyi məlum olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, intihar edən şəxs Xaçmaz rayon sakini, 1973-cü il təvəllüdlü Səyavuş Sədullayevdir.
İntiharın səbəbləri Şabran Rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.
*** 12 avqust, saat 15:20
Şabran rayonunda naməlum kişi meyiti tapılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hazırda onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.