Şabranda mağazaya basqın edən şəxslər saxlanılıb - FOTO

Şabranda mağazaya basqın edən şəxslər saxlanılıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Dekabr , 2016 19:38
Şabranda mağazaya basqın edən şəxslər saxlanılıb - FOTO

Şabran. 23 dekabr. REPORT.AZ/ Şabran rayonunda mağazaya basqın edən şəxslər saxlanılıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, onlar noyabrın 27-dən 28-ə keçən gecə Şabran şəhər sakini Kamran Əmrahova məxsus "Market 777" adlanan ərzaq mağazasından gizli yolla 484 manat pul oğurlayıblar.

Aparılan araşdırmalar nəticəsində Şabran şəhər sakinləri - 23 yaşlı Elçin Abdullayev və 26 yaşlı Fərman İsbatovun mağazaya gecə vaxtı obyektin şüşəsini sındıraraq daxil olduqları müəyyənləşib. Hər iki şəxs törətdiyi əməli etiraf edib. E.Abdullayev və F.İsbatov maddi imkansızlıqdan bu yola əl atdıqlarını bildiriblər.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi