Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi - YENİLƏNİB

Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi - YENİLƏNİB Şabranda qətl hadisəsi törədilib.
Hadisə
11 Aprel , 2020 19:39
Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi - YENİLƏNİB

Şabranda qətl hadisəsi törədilib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, Nahid adlı kənd sakini 1963-cü il təvəllüdlü İstək Məmmədovanı və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovu ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib. 

İlkin məlumata görə, hadisə namus üstündə baş verib. Qeyd edək ki, hadisəni törədən şəxs bir il bundan əvvəl həbsdən azad edilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 16:29

Şabran rayonunda silahlı insident olub. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib. 

Belə ki, bir il öncə həbsdən çıxan şəxs rayonun Zeyve kəndində yaşayan, hələlik şəxsiyyətləri məlum olmayan ana və onun övladını güllələyərək qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi