Bakı. 22 yanvar.
"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, hadisə 2017-ci ilin 24 iyulunda Şabran rayonu Pirəbədil kəndində baş verib. B.Əlişanov həmkəndlisi Tural Məmmədovu bıçaqlayıb.
Cinayət matereallında qeyd edilib ki, B.Əlişanov qardaşı Seyidağa Əlişanovla kənddəki "Cəbişxana" kafesində yemək yeyən zaman digər masada həmkəndliləri Tural Məmmədov, tanışları Sənan, Saleh və Mənsur da çay içirmiş. B.Əlişanov qardaşı ilə yan masadakı Mənsuru yanına çağırıb.
Mənsur isə "sözün varsa, özün gəl" deyə ona cavab verib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. B.Əlişanov qardaşını da götürərək kafedən uzaqlaşıb.
Bir neçə dəqiqə sonra Əlişanov qardaşları kənddə T.Məmmədov və kafedə onunla birlikdə əyləşən şəxslərlə yenidən rastlaşıblar.
Bu zaman B.Əlişanov həmin şəxslərə yaxınlaşaraq "kimsə mənim arxamca danışa bilməz, mən heç kimin qabağından qaçan oğlan olmamışam" deyərək mübahisə etməyə başlayıb. Daha sonra B.Əlişanov cibində olan bıçağı çıxararaq T.Məmmədovun böyrünə zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Məhkəmədə təqsirləndirilən şəxs B.Əlişanov ittihamda yazılan kimi ifadə verib. Zərərçəkmiş T.Məmmədov da eyni məzmunlu ifadə verib.
Tərəflər arasında barışıq əldə edilib.
B.Əlişanov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.