Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb

Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Hadisə
295
10 Mart , 2021 16:48
Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb

Şabran rayonunda yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Şahnəzərli kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 185 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi