Şabranda daha bir koronavirus xəstəsi saxlanıldı

Şabranda daha bir koronavirus xəstəsi saxlanıldı Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Hadisə
212
8 Aprel , 2021 11:40
Şabranda daha bir koronavirus xəstəsi saxlanıldı

Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şabran rayon sakini Akif Kərimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Kərimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi