Şabranda çayxana sahibi və müştəriləri cərimələndi

Şabranda çayxana sahibi və müştəriləri cərimələndi Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Hadisə
359
4 Yanvar , 2021 10:55
Şabranda çayxana sahibi və müştəriləri cərimələndi

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qanunvericiliyə uyğun olaraq, obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi