Şabranda baş verən ağır qəzada sürücü ölüb - VİDEO

Şabranda baş verən ağır qəzada sürücü ölüb - VİDEO “VAZ 21 015” markalı avtomobillə “Ford” markalı yük maşını toqquşub
Hadisə
15 Avqust , 2015 15:01
Şabranda baş verən ağır qəzada sürücü ölüb - VİDEO

Bakı. 15 avqust. REPORT.AZ/ Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində qeydə alınıb. “VAZ 21 015” markalı avtomobillə “Ford” markalı yük maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü, Şabran rayon sakini, 37 yaşıı Telman Balami oğlu Məlikov ağır bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi