Şabranda azyaşlı mədə-bağırsaq pozğunluğu səbəbindən xəstəxanaya çatdırılıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 2015-ci il təvəllüdlü İslam İlham oğlu Əliyev qida mənşəli mədə-bağırsaq pozğunluğu diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.