Şabran rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.
Bu barədə "Report"un Şimal bürosuna DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, oktyabrın 26-da saat 21 radələrində Şabran şəhəri ərazisindən şəhər sakini V.Şirinova məxsus “VAZ-21072” markalı avtomobil qaçırılıb.
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Günəşli kənd sakini M.Rəhimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.