Xaçmazda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb

Xaçmazda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Avqust , 2017 11:51
Xaçmazda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb

Bakı. 18 avqust. REPORT.AZ/ Xaçmaz rayonunda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 17-də rayonun Qaradağlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini Xanbala Zaidova məxsus "VAZ-21010" markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Zərərçəkən dərhal Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib.

Xaçmaz RPŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi