Şabranda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Şabranda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 dekabr 2023 22:34
Şabranda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Şabran-Surra avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 1980-cı il təvəllüdlü Quliyev Zahir Tahir oğlu, 1996-cı il təvəllüdlü Cəfərov Fəqan Dünyamalı oğlu və 1996-cı il təvəllüdlü Qafarov Əmrah Əlipaşa oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib və müalicə üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi