Şabranda 65 yaşlı kişi itkin düşüb

Şabranda 65 yaşlı kişi itkin düşüb Şabran rayonunda 65 yaşlı kişi itkin düşüb.
Hadisə
29 May , 2023 09:20
Şabranda 65 yaşlı kişi itkin düşüb

Şabran rayonunda 65 yaşlı kişi itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov mayın 25-i saat 04:00 radələrində yaşadığı evdən "Mercedes" markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994) 70 233 27 23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi