Şabranda 56 yaşlı piyadanı avtomobil vurub

Şabranda 56 yaşlı piyadanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Noyabr , 2016 19:17
Şabranda 56 yaşlı piyadanı avtomobil vurub

Şabran. 24 noyabr. REPORT.AZ/ Şabran rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosu xəbər verir ki, 21 yaşlı Murad Məmmədovun idarə etdiyi 17 BB 995 dövlət nömrə qeydiyyatı nişanlı "Lada Priora" markalı avtomobillə yolu keçən 56 yaşlı rayon sakini Rübabə Şəfaqətovanı vuraraq hadisə yerindən qaçıb. Piyada hadisə yerində dünyasını dəyişib. 

M.Məmmədov Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi