Şabranda əqli qüsurlu şəxs itkin düşüb

Şabranda əqli qüsurlu şəxs itkin düşüb Şabran rayon sakini, 1966-cı il təvəllüdlü Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hadisə
194
22 Noyabr , 2021 14:35
Şabranda əqli qüsurlu şəxs itkin düşüb
0 : 00
0 : 00

Şabran sakini itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1966-cı il təvəllüdlü Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G.Əskərov 155 sm boylu, arıq bədən quruluşlu və əqli qüsurludur.

Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (050) 403-70-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Gülağa Əskərov
Gülağa Əskərov

Son xəbərlər

Orphus sistemi