Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadənin cinayət işi üzrə məhkəməsi başlayır.
Hadisə
22 Sentyabr , 2022 10:05
Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadənin cinayət işi üzrə məhkəməsi başlayır.

"Report"un xəbərinə görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıcaqlayaraq qətlə yetirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediib.

Son xəbərlər

Orphus sistemi