Şabranda 22 yaşlı gənci avtomobil vuraraq öldürdü

Şabranda 22 yaşlı gənci avtomobil vuraraq öldürdü Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 İyul , 2021 00:18
Şabranda 22 yaşlı gənci avtomobil vuraraq öldürdü

Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, Rayonun Güləmli kənd sakini 1993-cü il təvəllüdlü Tural Şahverdiyev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə Şabran şəhər sakini, 1999-cu il təvəllüdlü Gündüz Heydər oğlu Ziyadovu vurub.

G.Ziyadov onu vuran sürücü tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi