Şabranda 16 yaşlı qız dəm qazından boğulub

Şabranda 16 yaşlı qız dəm qazından boğulub Xoşqədəm Qəhrəmanova Şabran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə
8 Sentyabr , 2016 08:42
Şabranda 16 yaşlı qız dəm qazından boğulub

Şabran. 8 sentyabr. REPORT.AZ/ Şabran şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə bu gün qeydə alınıb.

Belə ki, Şabran şəhəri Tofiq İsmayılov küçəsində yaşayan 2000-ci il təvəllüdlü Qəhrəmanova Xoşqədəm Elxan qızının saat 6:20 radələrində Şabran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

O, ilkin tibbi yardım göstərildikdən sonra reanimasiyaya yerləşdirilib.

16 yaşlı Xoşqədəm Qəhrəmanovanın hamamda çimərkən dəm qazından boğulduğu bildirilir.

Həkimlər onun vəziyyətini kafi qiymətləndirir. 

Son xəbərlər

Orphus sistemi