​Şabran və Tərtər rayonlarında yanğın hadisələri baş verib

​Şabran və Tərtər rayonlarında yanğın hadisələri baş verib Yanğınlar nəticəsində vətəndaşlara maddi ziyan dəyib
Hadisə
21 May , 2015 04:20
​Şabran və Tərtər rayonlarında yanğın hadisələri baş verib

Bakı. 21 may. REPORT.AZ/ Ötən gün axşam və bu gecə Şabran və Tərtər rayonlarında yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Tərtərin Sarıcalı kəndində vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Digər hadisə Şabran rayonunun Ağalıq kəndində baş verib. Burada yerli sakinə məxsus tövlə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar FHN əməkdaşları tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi