Şabran sakinləri Siyəzəndə qəzaya düşdü, xəsarət alan var

Şabran sakinləri Siyəzəndə qəzaya düşdü, xəsarət alan var Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
24 Fevral , 2021 14:57
Şabran sakinləri Siyəzəndə qəzaya düşdü, xəsarət alan var

Şabran rayon sakini olan gənc qadın avtomobil qəzasında xəsarət alıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Siyəzən rayonu ərazisində baş verib.

Belə ki, Şabran rayon sakini Nuru Füzuli oğlu Hacıyevin idarə etdiyi 99-PK-917 dövlət nömrə nişanlı "Nissan X-trail" markalı minik avtomobili qoşqulu yük avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilində olan sərnişin Şabran rayon sakini 1987-ci il təvəllüdlü Vüsalə Hacıbaba qızı Hacıyeva müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi