Şabran sakininin avtomobili qaçırılıb

Şabran sakininin avtomobili qaçırılıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
4 May , 2017 12:15
Şabran sakininin avtomobili qaçırılıb

Şabran. 4 may. REPORT.AZ/ Şabran rayon sakininin avtomobili qaçırılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhər sakini 1959-cu il təvəllüdlü Hacaqa Qurbanova məxsus "VAZ-2106" markalı avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı avtomobili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri 26 yaşlı Səxavət Abdullayev və 21 yaşlı Elməddin Rzayev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi