Şabran rayon sakininin aldadılaraq 10 min manatının alınması barədə polisə məlumat daxil olub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb:
"Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub. Araşdırma aparılır."