Yuxarı

Şabran sakininə qarşı soyğunçuluq edilib

​Şabran sakininə qarşı soyğunçuluq edilib

Şabran sakininə qarşı soyğunçuluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 7-də Şabran şəhəri ərazisində naməlum şəxsin Çuxurəzəmi kənd sakini R.Babayevin 100 manat pulunu açıq talama yolu ilə aparması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Xəlifələr kənd sakini K.Rəsulov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi