Şabran sakinindən tüfəng götürüldü

Şabran sakinindən tüfəng götürüldü Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.
Hadisə
23 iyun 2020 12:26
Şabran sakinindən tüfəng götürüldü

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nadir Hacıyevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. 

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Nadir Hacıyev
Nadir Hacıyev

Son xəbərlər

Orphus sistemi