Şabran sakinində “patı” aşkarlanıb

Şabran sakinində “patı” aşkarlanıb “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Hadisə
18 avqust 2021 06:13
Şabran sakinində “patı” aşkarlanıb
Asim Mircəfərov
0 : 00
0 : 00

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan "Report"a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Asim Mircəfərov saxlanılıb.

Saxlanılarkən həmin şəxsin üzərinə baxış keçirilən zaman psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi