Şabran sakini yeniyetmə ilə birgə oğurluq edib

Şabran sakini yeniyetmə ilə birgə oğurluq edib Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər
Hadisə
343
26 Aprel , 2021 12:17
Şabran sakini yeniyetmə ilə birgə oğurluq edib
Sənan Məstanov

Şabran Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, araşdırmalarla onların Şabran rayon sakini Sənan Məstanov və onun tanışı olan bir yeniyetmənin olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan əşya və avadanlıqların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Son xəbərlər

Orphus sistemi