​Sabirabadda yük maşını yanıb

​Sabirabadda yük maşını yanıb "Shagman" markalı yük avtomobili yararsız vəziyyətə düşüb
Hadisə
30 Oktyabr , 2015 08:58
​Sabirabadda yük maşını yanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sabirabadda yük maşınında yanğın olub.

"Report" xəbər verir ki, hadisə ötən gün rayonun Qalağayın kəndinin ərazisində qeydə alınıb.

1988-ci il təvəllüdlü Elçin Mirzadə oğlu Cəfərovun idarə etdiyi 90-UA-503 dövlət qeydiyyat nişanlı "Shagman" markalı yük avtomobilinin mühərriki anidən yanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülsə də, yük avtomobilinin kabinə hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi