Sabirabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Sabirabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub ​​​​​​​Sabirabad rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, dörd nəfər yaralanıb
Hadisə
16 Mart , 2021 22:51
Sabirabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Sabirabad rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, dörd nəfər yaralanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunda rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2115” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib.

Bakının Binəqədi rayon sakinləri, 1986-cı il təvəllüdlü Səfərov Rəşad Elbrus oğlu,1979-cu il təvəllüdlü Hacıyev Bayram Nazim oğlu, Yasamal rayon sakini, 1986-cə il təvəllüdlü Hadıyev Bəxtiyar Ağababa oğlu və Biləcəri qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məmmədov Əli Meybur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölənin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi