Sabirabadda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb

Sabirabadda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
15 May , 2017 10:50
Sabirabadda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb

Bakı. 15 may. REPORT.AZ/ Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb.

"Report" xəbər verir ki, hadisə mayın 5-də rayonun Ulacalı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini Səməndər Alışov idarə etdiyi "VAZ-21214" markalı avtomobillə yolu keçən həmkəndlisi Səid Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən S.Hüseynov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi