Yuxarı

​Sabirabadda yol qəzasında 1 nəfər yaralanıb

Hadisə iki Jiqulinin toqquşması nəticəsində baş verib

Bakı. 6 noyabr. REPORT.AZ/ Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

İki "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində Sabirabadın Türkədi kənd sakini, 1964-cü il təvəllüdlü Əmirxan Balaxan oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi