Sabirabad. 27 noyabr. REPORT.AZ/ Sabirabad rayonunda yol-nəqliyyat hadisəs baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şamaxı rayon sakini, 1962-ci il təvəllüdlü Ağacan Mərcan oğlu Mirzəyev idarə etdiyi “VAZ-2106”markalı avtomobillə hərəkətdə olarkən “Qazel” markalı avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.