Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB Sabirabad rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
12 Oktyabr , 2019 23:05
Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB
Report

Sabirabad rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, "VAZ-2106" markalı avtomobillə "KamAZ" markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Çığırqan kənd sakinləri - 1991-ci il təvəllüdlü Şirinov Ramil Kərim oğlu və 1989-cu il təvəllüdlü Şirinov Camil Şamil oğlu xəsarət alıblar.

Hər iki yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.


***22:42

Sabirabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Çöl Beşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "KamAZ" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi