Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
8 iyul 2022 18:21
Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Dadaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Ağayev Rəsul Füzuli oğlu və daha bir nəfər xəsarət alıb. Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağıı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi