Sabirabadda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Sabirabadda yol qəzası olub, 5 nəfər xəsarət alıb Sabirabadda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.
Hadisə
16 noyabr 2023 16:40
Sabirabadda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Sabirabadda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı rayonun Qəfərarxı kəndinin sakinləri, 2014-cü il təvəllüdlü Mahmudova Səma Namiq qızı, 1959-cu il təvəllüdlü Mahmudova Gülayə Xanoğlan qızı, 1957-ci il təvəllüdlü Mahmudov İmanağa Xanoğlan oğlu, 1960-cı il təvəllüdlü Mahmudov Həqiqət və 1986-cı il təvəllüdlü Həsənov Rəsul müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi