Sabirabadda yol qəzası oldu, ölən var

Sabirabadda yol qəzası oldu, ölən var Sabirabad rayonunda yol qəzası baş verib.
Hadisə
648
14 İyul , 2020 13:39
Sabirabadda yol qəzası oldu, ölən var

Sabirabad rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 13-ü saat 16 radələrində Sabirabad rayonunun Qaratuğay kəndi ərazisində Yenikənd kənd sakini H.Salahov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən  kənd sakini Səbuhi Rüstəmovu vurduqdan sonra avtomobili aşırıb. S.Rüstəmov hadisə yerində ölüb. 

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.