Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb

Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb “VAZ” markalı avtomobil radar dirəyinə çırpılıb
Hadisə
18 Noyabr , 2017 21:06
Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb
Report

Sabirabad. 18 noyabr. REPORT.AZ/ Sabirabadda 1 nəfərin ölümü, digərinin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunda rayonun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Jiquli” markalı avtomobilin radar dirəyinə çırpılması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki şəxsin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi