Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
Hadisə
12 Oktyabr , 2017 08:45
Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB
Courtesy İmage

Sabirabad. 12 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan üç nəfərin adı məlum olub. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə "VAZ" markalı avtomobilin hərəkətdə olarkən qəfildən qabağına iribuynuzlu mal-qaranın çıxması olub. Sürücü idarəetməni itirərək heyvanı vurub. Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar: rayonun Zəngənə kənd sakinləri - 32 yaşlı Bəylər Əlrəhman oğlu Babayev, 26 yaşlı Turarxan Beyniş oğlu Əsədov və 22 yaşlı Mərhəməd Dəyanət oğlu Əkbərov xəstəxanaya yerləşdirilib. 


***8:26

Sabirabad. 12 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Zəngənə kəndində qeydə alınıb. Hadisə zamanı üç nəfə xəsarət alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi