Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var

Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var ​Faktla bağlı araşdırma aparılır
Hadisə
26 May , 2016 14:39
Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. 26 may. REPORT. AZ/ Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  “Report” xəbər verir ki, hadisə rayonun Yolçubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Vaz-21011” və “Vaz-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Yolçubəyli kənd sakinləri, 57 yaşlı Səmid Şəvaralı oğlu Həmidov və 40 yaşlı Namizəd Seyidməmməd oğlu Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi