Sabirabadda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınb.
İki avtomobilin toqquşması nəticəsində rayonun Şəhriyar kənd sakini, 1967-ci il təvəllüdlü Hüseynov Gündüz Gülmirzə oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiyz şöbəsinə yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.