Sabirabadda yol qəzası baş verib, xəsarət alan var

Sabirabadda yol qəzası baş verib, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Dekabr , 2016 08:26
Sabirabadda yol qəzası baş verib, xəsarət alan var

Sabirabad. 4 dekabr. REPORT.AZ/ Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sabirabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobillə “Vaz-2106”markalı avtomobilin toqquşması nəticəsində rayon sakini, 54 yaşlı Vurğun Məmmədhüseyn oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi