​Sabirabadda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

​Sabirabadda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 May , 2016 19:40
​Sabirabadda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

Bakı. 25 may. REPORT.AZ/ Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yolçubəyli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Yolçubəyli kənd sakinləri - 57 yaşlı Səmid Şəvaralı oğlu Həmidov və 40 yaşlı Namizəd Seyidməmməd oğlu Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onlar xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi