Sabirabadda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Sabirabadda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb Hadisə mərhumun işlək vəziyyətdə olan su mühərrikinə toxunması nəticəsində baş verib
Hadisə
6 May , 2018 21:57
Sabirabadda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad. 6 may. REPORT.AZ/ Sabirabad rayonunda cərəyan vurması nəticəsində ölüm hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Saatlının 2001-ci il təvəllüdlü Mustafabəyli kənd sakini Abbasov Elvin Nizami oğlu Sabirabadın Qalağayın kəndində yaşayan dayısıgilə gedib.

İlkin məlumata görə, orada işlək vəziyyətdə olan su mühərrikinə toxunması nəticəsində onu elektrik cərəyanı vurub və nəticədə yeniyetmə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi