Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib

Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib Sabirabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 iyul 2022 01:47
Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib

Sabirabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabirabad rayonu ərazisində qeydə alınıb. 2010-cu il təvəllüdlü Məmmədli Nihad Səbuhi oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi